İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobill

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobill | CahanMotors

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobill

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib. Ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub. Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib.


İlk dəfə keçirilən festivalda “Cahan Motors” şirkəti də iştirak edib. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib. Cahan Motors şirkəti tədbirdə Çinin premium sinif avtomobil markası və rəsmi distribütoru olduğu “Hongqi” brendinin tam elektrik modeli E-QM5 və hybrid modeli H5 ilə çıxış ediblər.

Festivalda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov və Ekologiya naziri Muxtar Babayev də istirak ediblər. Onlar “Cahan Motors” şirkətinin direktoru Adil Axundov ilə görüşüb avtomobillər haqqında geniş məlumat alıblar.


Festivalda AAF-ın vitse-prezidenti Fərid Məmmədov və Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış ediblər.


Festival çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Onlar ekoavtomobillərə baxış keçirərək bu avtomobillərin xüsusiyyətləri və üstünlükləri barədə geniş məlumat əldə ediblər.


Tədbirdə festivalın uğurla həyata keçirilməsində töhfə verən Cahan Motors şirkətinə sertifikat təqdim edilib. Festival əyləncəli musiqi proqramı ilə yekunlaşıb.

Cahan Motors İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobill

Cahan Motors İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobill